Neftçala Rayon İcra Hakimiyyətinin başçısı yeni tikilən avtomobil yoluna baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Sərəncamına əsasən yenidən tikintisinə başlanılan on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar görülən işlərə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yerindəcə baxış keçirib və görülən işlər haqqında məlumat verilib.
Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə tanış olan RİH-in başçısı görülən işlərlə əlaqədar müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Məlumat üçün bildiririk ki, Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikinti layihəsinin uzunluğu 42 km, eni 10 m, hərəkət hissənin eni 6 m olmaqla 2 hərəkət zolağından ibarətdir. Layihənin icrasına 2023-cü ilin may ayından başlanılıb və 38 km hissədə torpaq yatağının genişləndirilməsi, bərkidilməsi, suvarma kanalları üzərində suötürücü boruların istinad divarlarının beton üzlüklə üzlənməsi, Qaçaqkənd və Qırmızkənd avtomobil yolunun üzərindəki körpülərin genişləndirilməsi, körpülər üzərində piyada səkilərinin tikintisi və yeni məhəccərlərinin quraşdırılması işləri yerinə yetirilib. Hal- hazırda Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun əsas qatının çınqıl materialı ilə bərkidilməsi işləri görülür.
Neftçala rayon əhalisi adından Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar təşəkkür və minnətdarlığımızı bildiririk.