Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı yaralanan hərbi qulluqçuları evlərində ziyarət edib

21 oktyabr 2022 | 14:28
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri ilə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi nəticəsində yaralanan Neftçala rayonundan olan hərbi qulluqçular Quliyev Şirxan İbrahim oğlunu və Abbasov Sehran Məhərrəm oğlunu evlərində ziyarət edib. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı yaralanan hərbi qulluqçuların səhhətləri, məişət qayğıları ilə maraqlanıb və aidiyyəti təşkilatlara tapşırıqlarını verib.
Yaralı hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər