Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xol Qarabucaq kənd və Həsənəbad qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirib
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Neftçala RİH-in başçısı Xol Qarabucaq Şəhidlər Xatirə Kompleksini ziyarət edib, ruhlarına dualar oxunub və gül dəstələri düzülüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Xol Qarabucaq və Həsənəbad qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndələri çıxış edərək Xol Qarabucaq kəndi, Həsənəbad qəsəbəsi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Azərbaycan qadınının simasını dünyaya tanıdan xanım-Mehriban Əliyeva” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Tarix boyu Azərbaycan qadınının ölkənin ictimai- siyasi, mədəni həyatında mühüm aparıcı qüvvəyə Azərbaycan qadının bir varlıq olaraq cəmiyyətdə xüsusi nüfüz sahibi olması, Azərbaycanın daxili və xarici siyasətində mühüm rol oynayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya haqqında görüş iştirakçılarına geniş məlumat veriblər.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında, ölkəmizdə təhsil, səhiyyə sahəsində qazımılan uğurlarımızda xüsusi payının olması danılmazdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond yarandığı zamandan bu günə qədər görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, özünəməşğulluq proqramına qoşulmaq, daxili yolların təmiri, içməli su ilə əlaqədar yaranan çətinlik, elektrik enerji sayğacının qurulması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.