Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xanməmmədli və Ramazanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib

21 dekabr 2023 | 18:18

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xanməmmədli və Ramazanlı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan şəhid xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə çıxış edərək Xanməmmədli və Ramazanlı kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər  “Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət qarşıya qoyulan məqsədlərin uğurla reallaşdırılmasına yol açır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uğurla Ulu Öndər Heydər Əliyev irsini davam etdirməsi, ölkəmizin bütün sahələrindəki inkişaf və ölkəmizin regionda lider dövlətə çevrilməsini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ulu Öndər Heydər Əliyev irsinin laiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsi, 2003-cü ildən bu günə qədər uğurlu dövlət siyasətilə ölkəmizin söz haqqını bütün dünya dövlətlərinə çatdırmasını, Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiteror tədbirləri zamanı ölkəmizin suverrenliyinin tam bərpa olunması, antiteror tədbirləri zamanı heç bir mülki obyektə, heç bir vətəndaşa zərər verilməməsi, 14 dekabr tarixində əsirlərimizin düşmən tərəfin əsirləri ilə azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Keçidlər