Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə görüşüb

10 iyul 2024 | 12:35
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Vətən müharibəsi şəhidi Əsəd Əsədovun ailə üzvləri ilə görüşüb.
Şəhidin ailə üzvləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Şəhid Əsəd Əsədovun övladı İslam Əsədovun IX sinif şagirdləri arasında buraxılış imtahanlarında yüksək nəticə göstərdiyi üçün “Yaşat” Fondu tərəfindən İngiltərənin paytaxtı London şəhərində təşkil ediləcək 14 günlük Yay Məktəbinə dəvət alması münasibətilə təbrik edib, gələcək planları ilə maraqlanıb, tövsiyyələrini verib və təhsilində uğurlar arzulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmasını qeyd edib.
Görüşün sonunda şəhidin həyat yoldaşı Ülkər Əsədova ailə üzvləri adından Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova öz təşəkkürünü bildirib.
Məlumat üçün bildiririk ki, Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçala rayonuda anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə Əsəd Əsədov ölümündən sonra təltif edilib.
Keçidlər