Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Yeniqışlaq və Haqverdili kəndlərində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

24 avqust 2022 | 09:50
Neftçala Rayon İcra Hakimiyyəti başçısının rayonun yaşayış məntəqələrindəki sayca 23-cü vətəndaşların səyyar qəbulu Yeniqışlaq və Haqverdili kəndlərində keçirilib.
Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Neftçala rayon İcra Hakimiyyəti başçısının Sarıqamış kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrildiyini, bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsində əvəzsiz rol oynadığını qeyd ediblər.
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə çiçəklənən Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrildiyini, qüdrətli ordumuzun 30 il əvvəl torpaqlarımızı işğal etmiş erməni faşizmini cəmi 44 gün ərzində torpaqlarımızdan qovması ilə ölkəmizin nüfüzunun beynəlxalq arenada daha da gücləndiyini qeyd edib. Bir çox beynəlxalq və regional tədbirlərin əsas iştirakçısı olan Azərbaycanın nüfuzlu ölkələrin hesablaşdığı bir ölkəyə çevrildiyini görüş istirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon ərazisində son illərdə aparılan tikinti, abadlıq və yenidənqurma işləri, xüsusilə də, Sarıqamış kənd İnzibati Ərazi Dairəsi ərazisində görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Səyyar qəbulda əsasən Yeniqışlaq-Sahiloba avtomobil yolunun əsaslı təmiri, kənddaxili yolların cari təmiri, örüş torpaqları və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar sonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, ümumilikdə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər