Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşların müraciətlərinin icra vəziyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib

12 sentyabr 2022 | 10:37
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı səyyar vətəndaş qəbullarında vətəndaşlar tərəfindən edilən müraciətlərin icra vəziyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə Neftçala RİH başçısı Mirhəsən Seyidov,RİH-nin məsul şəxsləri, İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr və rayonun idarə, təşkilat, müəssisə rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2022-ci ilin mart ayından başlayaraq Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun 3 qəsəbə, 22 kəndində ümumilikdə 25 yaşayış məntəqəsində vətəndaşların səyyar qəbulu həyata keçirilib. Keçirilən səyyar görüşlərdə əsas məqsəd vətəndaşların problemlərini, onları narahat edən məsələlərlə yerində tanış olmaq və həlli üçün qanuna müvafiq işlərin görülməsidir.
Müşavirədə İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər çıxış edərək hər bir vətəndaşın müraciətinin icra vəziyyəti barədə hesabat məruzə ilə çıxış edib və aidiyyəti üzrə rayonun idarə, təşkilat və müəssisə rəhbərləri də çıxış edərək vətəndaşların qaldırdığı problemin həlli istiqamətində görülən işlər haqqında məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov vətəndaşların müraciətlərinin bundan sonra da diqqət mərkəzində saxlanılacağı və problemlərin həlli istiqamətində ciddi addımlar atılacağı iclas iştirakçılarının nəzərinə çatdırıb.
Səyyar qəbullarda vətəndaşların səsləndirdikləri əsas məsələlər əkin suvarılmasında yaranan çətinliklər, subsidiyaların verilməsindəki gecikmələr, telekomunikasiya xətlərinin yenidənqurulması, özünüməşğulluq və məşğulluğun təmin olunması, kənddaxili yolların təmiri, elektrik təminatı və digər məsələlərlə bağlı olub.
Məlumat üçün bildiririk ki, vətəndaşlar ilə keçirilən səyyar qəbullar rayonun bütün qəsəbə və kəndləri əhatə edəcəkdir.
Keçidlər