Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Aşağı Surra kəndində vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib
08 iyun 2022 | 09:46
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Aşağı Surra İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Aşağı Surra kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər multikulturalizm və ölkəmizdə bu istiqamətdə görülən işlər, ölkəmizdə yaşayan çox millətli xalqlar, din azadlığı, 44 Günlük Vətən müharibəsindəki qələbəmiz, yeni yaradılan Rəqəmsal İcra Hakimiyyəti haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün daha rahat təhsil ocaqlarının inşa edilməsindən, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərilən diqqət, qayğısından, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq- quruculuq, yenidən qurma işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən yol infrastrukturundan, telekomunikasiya qovşaqlarının mövcud vəziyyətindən, elektrik xətlərinin yenilənməsi, subsidiyiların verilməsi və digər məsələlər haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.