Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Şorkənd kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib

07 dekabr 2023 | 17:11

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə çıxış edərək Şorkənd kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər  “Türk dünyasının gücü birliyindədir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Türk dünyası dövlətlərilə tariximiz, adət-ənənələrimiz, eyni kökə malik mədəniyyətimiz, mənsub olduğumuz dilin birləşdirməsi və bütün bu ortaq xüsusiyyətlərlə yanaşı, dostluq, qardaşlıq, birgə əməkdaşlıq münasibətləri də bu birliyi daha da gücləndirməsi görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Türk dünyası ilə sıx əməkdaşlığın ən bariz nümunəsi Azərbaycan- Türkiyə dostluğunun olduğunu, Azərbaycan-Türkiyə qardaşlığı erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda quruculuq, bərpa işlərinin gedişində də özünü göstərdiyini görüş iştirakçılarının  diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  Cəngan kənd tam orta məktəbinin təmir olunması, subsidiyalar və əkinlərin bəyan olunması ilə əlaqədar öncədən maarifləndirmənin aparılması, kəndarası suvarma kanalının lildən təmizlənməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər