Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı şəhid atasının və şəhidin yas mərasimində iştirak edib

28 sentyabr 2022 | 10:20
Şəhid Məmmədov Vüsal Almaz oğlunun atası Məmmədov Almaz Mütəllim oğlunun və sentyabrın 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsinin qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçu Abdullayev Elvin Elçin oğlunun yas mərasimin RİH başçısı iştirak edib.
Yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və din xadimləri iştirak edib.
RİH-nin başçısı şəhid ailələri ilə yaxından maraqlanıb, qayğı və ehtiyaclarını öyrənib.
Məlumat üçün bildiririk ki, şəhid Məmmədov Vüsal Almaz oğlu 1-ci Qarabağ döyüşləri zamanı Tərtər şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 07 iyul 1995-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində dəfn olunub.
Şəhid hərbi qulluqçu Abdullayev Elvin Elçin oğlu sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid atası Məmmədov Almaz Mütəllim oğlunun və şəhid hərbi qulluqçu Abdullayev Elvin Elçin oğlunun vəfatından kədərləndiyini bildirik və dərin hüznlə baş sağlığı veririk.
Keçidlər