Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qırmızıkənd kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.

27 aprel 2023 | 18:20
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Qırmızıkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan şəhid xatirə bulağı ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Qırmızıkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qırmızıkənd kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Zərifə xanım Əliyevanın zəngin elmi irsi, Azərbaycan tibb elminin parlaq nümunəsidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və akademik Zərifə xanım Əliyevanın oftalmologiyanın aktual problemlərinə həsr olunan tədqiqatlarından, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsi, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması istiqamətində dəyərli elmi araşdırmalar aparılması haqqında görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin istiqamətlərindən biri də gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr etməsi, bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri, onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə əksini tapması, Zərifə xanımın elmi fəaliyyəti, həkimlər üçün yazılan dəyərli dərs vəsaiti və monoqrafiyaların cəmləşməsi və Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil etməsini diqqətə çatdırıb.
RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda ilk öncə vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Xanməmmədli- Qaçaqkənd- Qırmızıkənd- Xol Qarabucaq- Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar Sərəncamına və rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, elektrik xətlərinin yenilənməsi, özünəməşğulluq proqramına uyğun olaraq iri-buynuzlu heyvan alınması, suvarma suyunda yaranan çətinlik, torpaq aktlarının rəsmiləşdirilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər