Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qazaxbərəsi kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib
07 sentyabr 2023 | 11:00
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qazaxbərəsi kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Xalq hər zaman ölkə rəhbərinin ətrafında sıx birləşib və bu birliyi heç bir qüvvə qıra bilməz” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən, xalqımızın hər zaman ölkə rəhbərinin ətrafında sıx birləşməsindən, işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq- quruculuq işlərini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.
RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. İşğaldan azad olunan ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq işlərindən, bir qrup məcburi köçkünlərin öz doğma toraqlarına geri dönməsindən, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsindən və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda ilk öncə vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Xanməmmədli- Qaçaqkənd- Qırmızıkənd- Xol Qarabucaq- Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar Sərəncamına və rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, elektrik sahəsinin yenidən qurulması, mənzil növbəliliyi, özünəməşğulluq proqramına qoşulma, subsidiyaların verilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.