Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Neftçala şəhərinin 5-ci və 6-cı məhəllə sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib

23 yanvar 2023 | 11:49
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək 5-ci və 6-cı məhəllə haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və 1990-cı ildə Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilən bu qanlı qətliamdan və Ulu Öndər Heydər Əliyevin həmin dövrlərdəki Sovet Ordusu qoşunlarına qarşı kəskin çıxışları haqqında fikirlərini bildiriblər həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən azad etməsi, azad olunan ərazilərdə aparılan yenidənqurma işləri haqqında danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Aprel Zəfərindən, 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 1990-cı ilin qanlı yanvar hadisələrindən danışaraq, 19-dan 20-nə keçən gecə SSRİ-nin siyasi rəhbərliyinin və güc strukturlarının Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən, öz konstitusiya hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış həmvətənlərimizin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətliyamı barədə danışıb və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilən faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Gününün elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gündə şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda ilk öncə vətəndaşlar küçələrə asfalt örtüyün döşənməsi və yeni elektrik işıqlarının quraşdırılması ilə əlaqədar təşəkürlərini bildiriblər, daha sonra isə özünəməşğulluq proqramının təmin olunması, ödəniş terminalalrının quraşdırlması, əczaçılıq və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər