Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov xüsusi istedadı ilə fərqlənən gəncləri təltif edib

07 iyun 2024 | 18:08

Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbində "Çiçək açan arzular" adlı konsert proqramı həyata keçirilib.

Konsertdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov, RİH-in, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, rayon ictimaiyyəti, müəllimlər və məktəblilər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Neftçala rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında caz, klassik və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  çıxış edərək diqqətə çatdırıb ki, doğma rayonumuzun ictimai-mədəni həyatında Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin xüsusi yeri vardır. Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun adını daşıyan musiqi məktəbində şagirdlərin seçdikləri ixtisaslara yüksək səviyyədə yiyələnmələri üçün hər cür şərait yaradılıb və ondan səmərəli istifadə edildiyi üçün uğurlarda artır. Məktəb şagirdlərinin sorağı respublika və beynəlxalq səviyyəli musiqi festivallarından gəlir. Bu hal neftçalalıları çox sevindirir. Rayon rəhbəri çıxışında məktəbin müəllim və şagird kollektivini qazandıqları uğurlara görə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov çıxış edərək, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin 2023-2024-cü tədris ilində respublika və beynəlxalq səviyyəli müsabiqələrdə uğur qazanan şagirdlərini, onların müəllimlərini təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Konsertin sonunda  respublika və beynəlxalq müsabiqələrdə uğur qazanan məktəbin şagirdlərinə diplomlar təqdim olunub.

Keçidlər