Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xıllı qəsəbə sakini Xəlilov Əli Rəhim oğlunu ziyaret edib

06 avqust 2022 | 17:10
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun Xıllı qəsəbəsində vətəndaşların səyyar qəbulunu həyata keçirərkən Xıllı qəsəbə sakini Xəlilova Nuridə Asif qızı Rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək övladı, 2014-cü il təvəllüdlü Xəlilov Əli Rəhim oğlunun hər iki bud sümüklərinin valqus deformasiyası xəstəliyindən əziyyət çəkdiyini bildirib övladının əməliyyat olunmasına müvafiq maddi köməklik göstərilməsini xahiş edib.
Vətəndaşın övladının azyaşlı olmasını, ailənin sosial durumunun nisbətən çətin olduğunu nəzərə alaraq Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun və “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Elman Quliyevin birgə səyləri nəticəsində Xıllı qəsəbə sakini Xəlilova Nuridə Asif qızının övladının respublikanın özəl tibb müəssisələrinin birində əməliyyat olunması həyata keçirilib. Nəticədə, Xəlilov Əli Rəhim oğlu Bakı şəhərində əməliyyat olunaraq öz sağlamlığına qovuşub və yaşadığı Xıllı qəsəbəsinə dönüb.
05.08.2022-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Xəlilov Əli Rəhim oğlunu yaşadığı Xıllı qəsəbəsindəki evində ziyarət ediblər. Rayon İcra Hakimiyyətinin başçısı azyaşlının hal-hazırkı sağlamlıq vəziyyəti ilə maraqlanıb, onun sağlamlığına qovuşması münasibətilə yaxınlarına göz aydınlığı verib. Xıllı qəsəbə sakinləri Xəlilova Nuridə Asif qızı və Xəlilov Rəhim Əlihəsən oğlu övladlarının sağlamlığına qovuşmağında göstərdiyi köməkliyə görə əməyi keçən hər kəsə öz dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər