Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Vətən Müharibəsi şəhidi Kərimli Məhəmməd Məzahim oğlunun atası Kərimov Məzahim Təvəkkül oğlunu ziyarət edib

13 avqust 2022 | 11:04
13 avqust 2022-ci il tarixində Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ürək əməliyyatı olmuş "Azərbaycan Bayrağı" ordenli Vətən Müharibəsi şəhidi Kərimli Məhəmməd Məzahim oğlunun atası Kərimov Məzahim Təvəkkül oğlunu yaşadığı evdə ziyarət ediblər.Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid atasının səhhəti ilə maraqlanıb və ona tezliklə öz sağlamlığına qovuşmasını arzulayıb.
Məlumat üçün qeyd edək ki, Şəhid Kərimli Məhəmməd Məzahim oğlu 16 dekabr 2000-ci ildə Neftçala rayonunda anadan olub. O, 23 iyul 2020-ci il tarixində hərbi xidmətə yollanıb.Xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini kəşfiyyatçı olaraq davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Kəlbəcər, Füzuli, Xocavənd və Murovdağ döyüşlərində yaxından iştirak edib. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Kərimli Məhəmməd Məzahim oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsür döyüşçü" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə,həmçinin, Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin 0218t №-li 28.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Kərimli Məhəmməd Məzahim oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Keçidlər