Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Abasallı kəndinin sakinləri ilə səyyar görüş keçirib

05 dekabr 2024 | 12:06

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Abasallı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Ölkəmizdə ailə modeli milli-mənəvi dəyərlər sistemində formalaşmışdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Azərbaycanın ailə modelinin milli mənəvi dəyərlər sistemində formalaşması, qadına verilən önəm ailənin əsasını təşkil etməsinə toxunulub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoyması, ailə cəmiyyət üçün ən böyük dəyər olması, cəmiyyətin, dövlətin inkişafı, ümumiyyətlə insanların münasibətləri, ünsiyyət qurmaları ailə olmadan qeyri-mümkün olması haqqında iştirakçılara geniş məlumat veriblər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki, tarixən ailə dəyərləri milli-mənəvi dəyərlər sistemi istiqamətində inkişaf edib. Mənəvi dəyərlərdən deyərkən, Ulu Öndərimiz Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “Milli- mənəvi dəyərlər qorunmalıdır, milli- mənəvi dəyərlər bizim varlığımızın əsasıdır. Milli- mənəvi dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. İnsanın kamilləşməsi məhz ailədən başlayır”. Bu, doğrudan da belədir. Hamımız üçün örnək olacaq bu müdirik sözlər insanların bu gün də inkişaf etməsinə, formalaşmasına, müstəqil Azərbaycan dövlətinə xidmət edən şəxsiyyət kimi formalaşmasına kömək edir.
RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdiki öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar kənddaxili yolların təmir olunması, məktəb təmiri, suvarma kanalının lildən təmizlənməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər