Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 1-Mayak və Sübh kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib

23 fevral 2024 | 14:16

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov şəhid Mahir Sadıqovun büstünü  ziyarət edib və önünə gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yenikənd kəndi üzrə Nümayəndə çıxış edərək 1-Mayak və Sübh kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər  “Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olması, hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirməsi, bir-birinin sevincini və kədərini bölüşməsi, Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda birlik olması haqqında görüş iştirakçılarına geniş məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazanması, 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımızın bu qələbə nəticəsində hərbi və siyasi-diplomatik yolla azad edilməsi, ölkəmizin ərazi bütövlüyü bərpa olunması və bu Zəfər qələbəmizdə qardaş Türkiyə Cümhuriyyəti hər zaman yanımızda olub. Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərimizin öz doğma torpaqlarına yenidən qayıtması, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiteror tədbirləri zamanı ölkəmizin suverrenliyinin tam bərpa olunması, antiteror tədbirləri zamanı heç bir mülki obyektə, heç bir vətəndaşa zərər verilməməsi, 14 dekabr tarixində əsirlərimizin düşmən tərəfin əsirləri ilə azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, özünəməşğulluq proqramına qoşulmaq, ünvanlı sosial yardımın təyin olunması, əlillik dərəcəsinin təyin olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər