Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhərinin sakinləri ilə növbəti səyyar qəbulu həyata keçirib

09 fevral 2023 | 17:15
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Neftçala şəhəri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev tərəfindən uzaq hədəflərə hesablanmış neft strategiyası, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş ölkələrdən birinə çevirib” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və ölkəmizdə hazırda neft strategiyasında əldə etdiyimiz bütün uğurlarımızın başlanğıcı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qalibiyyətli ilə qoyulmasından, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası respublikamızın dövlət müstəqilliyinin mühüm təminatçısına çevrilməsindən, ölkəmizdə azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etməsindən, bununla da Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Ötən illər ərzində yeni neft strategiyasının prinsipləri əsasında transmilli şirkətlərlə müxtəlif sazişlərin imzalanması haqqında fikirlərini bildiriblər həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən azad etməsi, azad olunan ərazilərdə aparılan yenidənqurma işləri haqqında danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzərdə maraqları təmin olunmuş aparıcı Qərb və Avropa dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa maraqlarının artması, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq yeni müstəviyə keçməsi, Azərbaycanın MDB məkanında transmilli neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymasından danışıb və bu strategiyanın Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda ilk öncə vətəndaşlar küçələrə asfalt örtüyün döşənməsi və yeni elektrik işıqlarının quraşdırılması ilə əlaqədar təşəkkürlərini bildiriblər, Neftçala şəhər 3 saylı tam orta məktəbin təmir olunması, çoxmənzilli binaların daimi olaraq içməli su ilə təmin olunması, kəndlər arası marşurutların həcminin artırılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər