Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri arasında futbol turnirinin açılış mərasimi keçirilib

07 noyabr 2026 | 10:00

6 noyabr 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş Neftçala Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq qurumların əməkdaşları, eləcə də turnirdə iştirak edən futbol komandalarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda, torpaqlarımızın azadlığı naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov çıxış edərək ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısından, Zəfər Gününə həsr olunmuş turnirin əhəmiyyətindən bəhs edib. O, bu cür yarışların idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği, kollektivlər arasında dostluq və həmrəylik münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra futbol qarşılaşmalarına start verilib. Turnirin ilk oyun günündə baş tutan görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

Həsənabad – Aşağı Qaramanlı: 5:2

Qaçaqkənd – Cəngən: 3:0

Qeyd edək ki, futbol üzrə rayon turniri mərhələli şəkildə 20 noyabr 2026-cı il tarixinədək davam edəcək. Yarışın yekununda ilk üç yeri tutan komandalar müvafiq olaraq diplom, medal və kubokla təltif olunacaqlar.

 

Keçidlər