Neftçala Rayon İcra Hakimiyyəti başçısının Dördlər və Ballıcallı kənd sakinləri ilə növbəti səyyar qəbulu həyata keçirilib
09 sentyabr 2022 | 10:28
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kəndlər haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər işğaldan azad olunan torpaqlarımıza Böyük qayıdışdan, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində həmin ərazilərdə aparılan abadlıq- quruculuq, yenidən qurma işlərindən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, cənab Prezidentin qismən səfərbərlik elan etməsindən sonra igid vətən oğulların böyük coşqulu ilə ordu sıralarına qoşulmalarından, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işlərindən haqqında məlumat verib. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olunub.
Səyyar qəbulda əsasən telekomunikasiya və rabitə xətlərinin yenidən qurulması, elektrik xəttlərinin təmiri, yeni güc transformatorlarının quraşdırılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.