Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bala Surra və Ərəbqardaşbəyli kənd sakinləri ilə növbəti səyyar qəbulu həyata keçirilib
23 sentyabr 2022 | 15:36
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.
Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kəndlər haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər Azərbaycanın neft sahəsindəki uğurlarından, “Əsrin müqaviləsi”- nin ölkəmiz üçün əhəmiyyətindən və əldə olunan uğurlar haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov 1993-cü ildə xalqın istəyilə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin qətiyyətli addımları ölkəmizin iqtisadi-siyasi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu və bu dəyişikliklərin təməlində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında dünyanın 7 ölkəsinin 11 ən məşhur neft şirkətinin iştirakı ilə imzalanan müqavilə dayanır. Bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.uğurlara imza atacaqlarını vurğulayıb. RİH-nin başçısı çıxışı zamanı sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib, şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.
Səyyar qəbulda əsasən yol nişanlarının quraşdırılması, kənd adlarının lövhələrdə qeyd olunması, subsidiyaların verilməsi, evi yanan kənd sakininə köməklik olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.