Neftçala Rayon İcra Hakimiyyəti başçısı Xoltəzəkənd kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib
20 oktyabr 2022 | 11:00
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Xol Qarabucaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xol təzəkənd kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Vətənə, xalqa sevgi ailədən başlayır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Azərbaycan ailəsində vətənə sevgidən qayğılardan danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Aprel Zəfərindən, 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən müəllimlərin döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-nin başçısı Azərbaycan ailələrində hər zaman ailələrdə vətənə sevgi ilə böyüməklərindən, Vətən müharibəsi zamanı gənclərimizin böyük coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müraciət edirdilər və bunun çox qürur verici hal olduğunu vurğulanayan RİH-nin başçısı çıxış edərək görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda əsasən torpaq məsələləri, kənddaxili yolların təmiri, telekomunikasiya xətlərinin bərpası, suvarma suyunun bölünməsi, Milliön ödəmə terminalının quraşdırılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.