Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən kitab fonduna yeni kitablar hədiyyə olunub

26 sentyabr 2022 | 16:56
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, “Gündoğar” rayon qəzetinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin məsul şəxsləri və gənc oxucular iştirak edib.
Çıxışçılar görüş iştirakçılarını mütaliənin insan həyatındakı rolu, şəxsiyyətin inkişafına təsirləri, dünyagörüşünün artırılmasında müstəsna əhəmiyyətə malik olması haqqında məlumatlandırıb, gənc oxucuların maraq göstərdiyi kitablar barədə fikirləri dinlənilib. Əlavə olaraq elektron informasiya bolluğu yaşadığımız dövrdə gənclərin mütaliəyə marağının artırılması istiqamətində həyata keçirilməli olan işlər, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Görüşdə iştirak edən gənclər Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, gənclərin səmərəli inkişafı məqsədilə yaradılan şəraitdən bəhs edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
İştirakçılar Rayon MKS-nin maddi-texniki bazasının genişləndirilməsi, eləcə də gənclərə, onların ideya və təkliflərinə göstərilən xüsusi diqqətə görə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısına dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edirik ki, 2 Fevral Azərbaycan Gənclər günü münasibətilə Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun bir qrup rayon gənci ilə görüşü zamanı Rayon rəhbərinə kitabxanaların kitab bazasının genişləndirilməsinə köməklik edilməsi ilə əlaqədar müraciət olunub. İcra Hakimiyyətinin başçısı tərəfindən təkliflə çıxış edən gəncin müraciətinin təmin olunması ilə əlaqədar müvafiq tapşırıqlar verilib və rayon gənclərinin əsas tələbatı olan kitabların siyahısı müəyyənləşdirilərək təmin olunub.
Görüş kitabxanaya hədiyyə olunan yeni kitablarla tanışlıq və qarşılıqlı müzakirələrlə davam etdirilib.
Keçidlər