Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı rayonun Abasallı kəndinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib

30 noyabr 2022 | 14:48
Neftçala Rayon İcra Hakimiyyəti başçısı rayonun Abasallı kəndinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Abasallı kəndi haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Uşaqların hüquqlarını qoruyaq” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və ölkəmizdə uşaqlara qarşı göstərilən diqqətdən, qayğıdan, onların raha, sağlam və gözəl şəraitdə təhsil almaları üçün yaradılan şəraitdən, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən azad etməsi, azad olunan ərazilərdə aparılan yenidənqurma işləri haqqında danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Aprel Zəfərindən, 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilməsi, dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılması, zəngin qanunvericilik bazası yaradılması, bu gün bu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində Qafqazda həmçinin dünya ölkələri arasında xüsusi yerini vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan sonsuz rəğbətlərinin artmasını, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda əsasən Abasallı kənd tam orta məktəbinin təmiri, suvarma suyunun ədalətli bölünməsi, özünəməşğulluq proqramının təmin olunması, Şorkənd- Beştalı- Tatarməhlə- Şirvanlı yolunun yenidən təmir olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər