Neftçala Rayon İcra Hakimiyyəti başçısı Ramazanlı və Xanməmmədli kəndlərinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib
28 oktyabr 2022 | 14:40
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və kənd sakinləri iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qaçaqkənd kəndin şəhidlər kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb və şəhidlərin ruhları ehtiramla yad olunub.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Ramazanlı və Xanməmmədli kəndləri haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Azərbaycanın beynəlxalq müstəvidə müsbət imici davamlı olaraq artmaqdadır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Azərbaycanın dünya dövlətləri arasında söz haqqından, hazırki siyasi vəziyyətdən danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Aprel Zəfərindən, 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən müəllimlərin döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-nin başçısı Azərbaycanın cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində dünya Qafqazda həmçinin dünya ölkələri arasında xüsusi yerini vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan rəğbətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda əsasən kənddaxili yolların təmiri, özünəməşğulluq məsələrinin artırılması, şəhid adları verilən küçələrə adların vurulması, Qaçaqkənd kənd məktəbinin təmir olunması, məktəbin istilik sistemi ilə təmin olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.