Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Abasallı kəndinin sakinləri ilə keçirib

22 oktyabr 2026 | 10:57

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Abasallı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Güclü liderin müasir, güclü dövlət quruculuğu” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasəti ölkəmizin müasir dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, iqtisadi qüdrətinin artırılmasına, beynəlxalq mövqelərinin gücləndirilməsinə və milli inkişaf strategiyasının uğurla reallaşdırılmasına mühüm töhfə verir. Güclü liderlik, milli maraqlara əsaslanan siyasi iradə və strateji hədəflərə sadiqlik müasir Azərbaycanın dövlət quruculuğu modelinin əsas xüsusiyyətlərindəndir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi inkişaf, infrastrukturun yenilənməsi, sosial rifahın yüksəldilməsi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətlərində mühüm nailiyyətlər əldə etməkdədir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və müasir, qüdrətli dövlətin formalaşdırılması xalqımızın tarixi inkişaf yolunun əsas istiqamətlərindən biridir. Bu tarixi missiyanın təməlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik təcrübəsi və milli inkişaf strategiyası dayanır. Bu gün həmin strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.

RİH-nin başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil dövlət quruculuğunun əsasları möhkəmləndirildi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi, milli ordunun gücləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dövlət quruculuğunun yeni mərhələsini yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ölkənin rəqabət qabiliyyətliliyinin artırılması dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir.

RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən marşurut çətinliyi, işlə təmin olunma ilə əlaqədar köməklik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Keçidlər