Neftçala Rayon İcra Hakimiyyəti başçısı Neftçala şəhərinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib
03 fevral 2023 | 15:41
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Neftçala şəhəri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmasının, bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclərimizin ölkə həyatının ən müxtəlif sahələrində böyük müvəffəqiyyətlə təmsil olunması, onlara göstərilən xüsusi diqqət, qayğı haqqında fikirlərini bildiriblər həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən azad etməsi, azad olunan ərazilərdə aparılan yenidənqurma işləri haqqında danışıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ulu Öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəldilməsi, Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olması, gənclərə yüksək qayğı göstərməsi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdırıb. Bu gün şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbulda ilk öncə vətəndaşlar küçələrə asfalt örtüyün döşənməsi və yeni elektrik işıqlarının quraşdırılması ilə əlaqədar təşəkürlərini bildiriblər, özünəməşğulluq proqramının təmin olunması, parklarda yenidənqurma işlərinin aparılması, onların qorunması, ictimai nəzarətin təşkil olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.