Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Bələdiyyəsi tərəfindən rayonun mərkəzi qəbirstanlığında görülmüş işlər

20 fevral 2026 | 16:54

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində müvafiq işlər görür.

Neftçala bələdiyyəsi tərəfindən rayonun mərkəzi qəbiristanlığında dəfnlərin keçirilməsi, rahat hərəkət üçün 400 metrlik hissədə hamarlanma işləri aparılıb və nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli şərait yaradılıb.

Neftçala bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Keçidlər