Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyununun zona üzrə yekun seçim mərhələsi keçirilib

18 dekabr 2023 | 10:19

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon gənclər və idman sektoru və Neftçala təhsil sektorunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində uşaqlar, yeniyetmələr və gənclər arasında “İstedadlar axtarışında” yaradıcılıq festivalının “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yekun seçim mərhələsi keçirilib.

9 komandanın mübarizə apardığı seçim turunda ən yüksək nəticə Neftçala şəhər E.Həbibov adına 4 saylı tam orta məktəbi təmsil edən "Xarı bülbül" komandası və Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbi təmsil edən “İstiqlal” komandası final mərhələsinə vəsiqə qazanıb.

3 zona üzrə keçirilən nəticələrə əsasən Xıllı qəsəbə F.Quliyev adına 2 saylı oprta məktəbin "44-23", Qədimkənd kənd S.Kərimov adına məktəbin "Tufan", Xol Qaraqaşlı kənd Q.Nuralıyev adına məktəbin "Xəzər",Neftçala şəhər E.Həbibov adına 4 saylı məktəbin "Xarı bülbül" və Neftçala şəhər S.İmanov adına 1 saylı orta məktəbin "İstiqlal" komandaları final mərhələsində mübarizə aparacaq.

Keçidlər