Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyununun zona üzrə növbəti seçim mərhələsi keçirilib

14 dekabr 2023 | 19:21
Neftçala rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun zona üzrə növbəti seçim mərhələsi keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon gənclər və idman sektoru və Neftçala təhsil sektorunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində uşaqlar, yeniyetmələr və gənclər arasında “İstedadlar axtarışında” yaradıcılıq festivalının “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə III zonanın seçim mərhələsi keçirilib.
4 komandanın mübarizə apardığı seçim turunda ən yüksək nəticə ilə Q.Nuralıyev adına Xolqaraqaşlı kənd tam orta məktəbi təmsil edən “Xəzər” komandası final mərhələsinə vəsiqə qazanıb.
Keçidlər