Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

20 dekabr 2023 | 11:40

Neftçala rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon gənclər və idman sektoru və Neftçala təhsil sektorunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində uşaq, yeniyetmə və gənclər arasında “İstedadlar axtarışında” yaradıcılıq festivalının “Nə? Harada? Nə zaman?” intellektual oyunun final mərhələsi keçirilib.

Zona turlarından qalib seçilən 5 komandanın mübarizə apardığı final mərhələsində ən yüksək nəticə ilə Neftçala şəhər E.Həbibov adına 4 saylı tam orta məktəbi təmsil edən "Xarı bülbül" komandası I yerə, S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbi təmsil edən "Tufan" komandası II yerə, Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbi təmsil edən “İstiqlal” komandası isə III yerə layiq görülüb.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından intellektual bilik mübarizəsinin qaliblərini təbrik edirik və bütün iştirak edən şagirdlərimizə gələcək işlərində uğurlar arzulayırıq.

Keçidlər