Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiksiz cəmiyyət sağlam gələcək deməkdir” adlı növbəti maarifləndirici tədbir keçirilib

24 oktyabr 2022 | 09:50
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilmiş İş Planına uyğun olaraq 21 oktyabr 2022-ci il tarixində Həsənabad qəsəbə, Ş.Orucov adına tam orta məktəbdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkotiksiz cəmiyyət sağlam gələcək deməkdir” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, eləcə də Komissiyada təmsil olunan dövlət qurumlarının rəhbər şəxsləri, həmçinin, rayon ağsaqqalları, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mövzu ətrafında çıxış edənlər bu gün ümumbəşəri bəlaya çevrilmiş narkomanlıq və onun yaratdığı fəsadlar barəsində görüş iştirakçılarına ətraflı məlumat veriblər. Bununla bərabər, hazırda doğru olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən qanun və dövlət proqramları, həmçinin müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətindən ətraflı bəhs edilib. Həyata keçirilən təbliğat, maarifləndirmə işlərinin cəmiyyəti düşündürən problemlə mübarizə sahəsində əhəmiyyətini nəzərə alaraq bu tipli görüşlərin effektiv olduğu şübhəsizdir. Bu mənada narkomalıqla mübarizə sahəsində ayrı-ayrı dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin, gənclərlə işləyən qurumların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin birgə mübarizə tədbirləri ümumbəşəri bəlanın yayılmasının və kütləvi hal almasının qarşısını almaq sahəsində faydalı olacaqdır.
Keçidlər