Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiksiz cəmiyyət sağlam gələcək deməkdir” adlı maarifləndirici görüş keçirilib

15 mart 2023 | 11:51
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq II Qaralı kənd tam orta məktəbdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkotiksiz cəmiyyət sağlam gələcək deməkdir” adlı maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyada təmsil olunan Dövlət qurumlarının rəhbər şəxsləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mövzu ətrafında çıxış edənlər bu gün Azərbaycanda narkomalıqla mübarizə sahəsində həyata keçirilən dövlət siyasətindən söhbət açaraq, “ağ ölüm”ün insan sağlamlığına vurduğu ziyanlar barədə görüş iştirakçılarını məlumatlandırıblar.
Mövzu ətrafında çıxış edənlər cəmiyyətin əsaslarının sağlam gənclik üzərində qurulduğunu qeyd edərək, bəşəri bəlaya qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd etdilər. Görüşdə bəşəriyyətin bəlasına çevrilmiş narkomanlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramlarından geniş bəhs edilib. Narkomanlıqla mübarizə sahəsində bu səpgidən olan maarifləndirmə tədbirlərinin kifayət qədər effektiv olduğunu nəzərə alaraq, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən belə görüşlərin mütəmadi həyata keçirilməsi tədbir iştirakçıları və qonaqlar tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Maraqlı müzakirə formasında baş tutmuş görüşdə narkotiklərin insan sağlamlığına və bütövlüdkə cəmiyyətə vurduğu ziyanları özündə əks etdirən maarifləndirici videoroliklər nümayiş etdirilib.
Keçidlər