Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlıqla mübarizə istiqamətində növbəti maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonu Bankə qəsəbə, Səməd Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbində “Ağ ölumə yox deyirik” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Rayon Gənclər və idman sektorunun, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məsul əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatlılığın artırılması olub. Çıxışlarda narkomaniyanın insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətə mənfi təsirləri barədə ətraflı məlumat verilib, şagirdlərə narkotik vasitələrdən istifadənin ağır sosial və hüquqi nəticələrə səbəb ola biləcəyi izah edilib. Bildirilib ki, sağlam gələcəyin formalaşdırılmasında gənclərin zərərli vərdişlərdən uzaq tutulması mühüm əhəmiyyət daşıyır. Tədbir iştirakçılarına narkotik vasitələrin təsirinə düşməmək, riskli mühitlərdən uzaq durmaq və sağlam həyat tərzinə üstünlük vermək tövsiyə olunub. Eyni zamanda, yeniyetmələrin qarşılaşa biləcəyi risklər və həmyaşıd təzyiqinin mənfi təsirləri barədə maarifləndirici söhbət aparılıb. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı tərtib edilmiş Tədbirlər Planının 4.4.16-cı yarımbəndinin icrası ilə bağlı narkotik tərkibli yabanı bitkilərin morfoloji görkəmini əks etdirən fotolardan və digər materiallardan istifadə edilmişdir. Bu istiqamətdə həyata keçirilən işlərdə məqsəd narkotik tərkibli bitkilər barədə insanların məlumatlandırılmaları, onların zərərli xassələri barədə ictimaiyyətin maarifləndirilməsi, məlumatlılıq səviyyəsini yüksəltmək olmuşdur. Sonda şagirdlər narkomaniyaya qarşı mübarizədə fəal mövqe nümayiş etdirməyə və sağlam gələcək naminə düzgün seçimlər etməyə çağırılıblar. Tədbir iştirakçıların mövzu ilə bağlı biliklərinin artırılması və narkomaniyanın profilaktikası istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsi baxımından əhəmiyyətli olub.







