Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya birlikdə yox deyək, sağlam gələcək qazanaq” adlı növbəti maarifləndirici görüş keçirilib

28 noyabr 2023 | 16:51

“Narkomaniyaya birlikdə yox deyək, sağlam gələcək qazanaq” adlı növbəti maarifləndirici görüş keçirilib.

Neftçala Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilən İş Planına uyğun olaraq Rayonun Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkomaniyaya birlikdə yox deyək, sağlam gələcək qazanaq” adlı növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, müəllimlər və şagirdlər iştirak edib.

Görüşdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda narkomanlıqla mübarizə istiqamətində bu gün həyata keçrilən Dövlət siyasətindən bəhs edilib, şagirdlərə bu sahədə yaradılan hüquqi baza barəsində məlumat verilmişdir. Narkomanlığın insan həyatında və cəmiyyətdə yaratdığı fəsadlar haqqında görüş iştirakçıları ətraflı məlumatlandırılmışdır. Tədbirdə iştirak edən məktəblilərə narkotik və onun hüquqazidd anlayış olması barədə geniş izahat verilib, bu kimi davranışların cinayət tərkibi yaratdığı diqqətə çatdırılıb. 

Görüş məktəbliləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Keçidlər