Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya birlikdə yox deyək” adlı növbəti maarifləndirici görüş keçirilib

28 avqust 2023 | 19:07

Neftçala Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2023-cü il üçün tərtib edilmiş İş Planına uyğun olaraq Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəbində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində “Narkomaniyaya birlikdə yox deyək” adlı növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların məsul şəxsləri, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Görüşdə ilk öncə Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışçılar bütövlükdə bəşəriyətin ən böyük bəlalarından birinə çevrilən narkomanlıqla mübarizə sahəsində həyata keçirilən Dövlət siyasətindən, qəbul edilən normativ hüquqi aktlardan, həyata keçirilən tədbirlərdən bəhs ediblər. Tədbirdə narkomanlığın yaratdığı hüquqi məsuliyyət, insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə geniş məlumat verilib. Narkotik asılılıqdan əziyyət çəkənlərin psixoloji problemləri, cəmiyyətdə onlara qarşı münasibət və digər məsələlər barədə görüş iştirakçılarını maraqlandıran məsələlər ətraflı müzakirə edilib.

Görüş iştirakçıları Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “ağ ölüm” ilə mübarizə istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirilib və görüş qarşılıqlı müzakirələr ilə davam edib.

Keçidlər