Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib

16 avqust 2022 | 10:33
Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində Neftçala Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü təşkil olunub.
Görüşdə rayonun müxtəlif idarə, müsəssisə və təşkilatların nümayəndələrini əhatə edən müəllimlər, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilib.
Görüşü giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev geniş nitq söyləyərək Azərbaycanın müxtəlif sivilizasiyaların və mədəniyyətlərin, eləcədə müxtəlif dinə mənsub xalqların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını vurğulamış, multikulturalizm və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğuna diqqət çəkiblər.
Tədbirdə çıxış edən digər natiqlər Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftəliyeva, Neftçala rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Gülmirə Səfərova ayrı-ayrılıqda çıxış edərək onlarda Azərbaycan xalqının zəngin multikultural keçmişinin təkcə xalqımızın bu günkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, dövlət idarəçilik təcrübəsindən qaynaqlandığını vurğulamış, Azərbaycanın artıq dünyada multikulturalizm və tolerantlığın sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edildiyini bildiriblər. Natiqlər həmçinin nitqlərində Azərbaycanda və onun sərhədlərinin hududlarında multikultural dəyərlərin qorunub saxlanılması və dünya ölkələri və xalqlarına çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Keçidlər