Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir qloballaşma şəraitində sağlam düşüncəli gənc nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda maarifləndirici tədbir keçirilib

30 oktyabr 2026 | 17:10

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Neftçala Peşə Məktəbi PHŞ-nin dəstəyi ilə qeyd olunan təhsil müəssisəsində “Müasir qloballaşma şəraitində sağlam düşüncəli gənc nəslin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun məsul şəxsləri, Neftçala-Gündoğar qəzetinin redaktorunun, məktəb rəhbərliyi və gənclər iştirak edib.

İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​Tədbirdə cəmiyyətin gələcək inkişafında gənclərin rolu və qloballaşmanın gətirdiyi müasir çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Qloballaşma şəraitində milli özünəməxsusluğu saxlayaraq milli və bəşəri dəyərlərin vəhdətini təmin etməyin vacibliyi qeyd olunub.  İnformasiya bolluğu şəraitində gənclərin doğru və faydalı məlumatı seçmək, tənqidi və sağlam düşüncə qabiliyyətini inkişaf etdirmək bacarıqları vurğulanıb. Gənclərin hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və cəmiyyətdə fəal mövqe tutması üçün dövlət tərəfindən həyata keçirilən layihələr və yaradılan imkanlar barədə məlumat verilib, sağlam həyat tərzinin təbliği, gəncləri yad təsirlərdən və zərərli meyillərdən qorumaq üçün maarifləndirmə işlərinin davamlılığının əhəmiyyəti xüsusi qeyd edilib.

Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər