Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Sahibkar Qadınlar Forumu” İctimai Birliyi tərəfindən “Ailə dairəsində: müasir ailənin problemləri” mövzusunda görüş keçirilib

14 iyun 2023 | 14:14

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Sahibkar Qadınlar Forumu” İctimai Birliyi tərəfindən “Ailə dairəsində:müasir ailənin problemləri”  layihəsi çərçivəsində rayon gəcləri ilə görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, “Azərbaycan Sahibkar Qadınlar Forumu” İctimai Birliyinin sədr müavini Gülnarə Quluzadə, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Kəmalə Məmmədli, “Narınc” Psixologiya Mərkəzinin əməkdaşları, Neftçala Qadın Resur Mərkəzinin rəhbəri, müəllimlər, məktəb psixoloqları, bir qrup  rayon gənci iştirak edib.
İlk öncə “Ailə dairəsində:müasir ailənin problemləri” layihəsi çərçivəsində çəkilən “Gerçəkləşməyən arzular” adlı qısametrajlı film izlənilib.
Görüşdə müasir ailənin problemləri, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum nikahların səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər barədə və s. görüş iştirakçılarına geniş məlumat verilib. Filmdə izlənilən məsələlər, mövzu barədə iştirakçıların fikirləri dinlənilərək fikir mübadiləsi aparılıb və görüşün sonunda xatirə şəkli çəkilib.
Layihənin keçirilməsində məqsəd erkən nikahların və qohum nikahların qarşısının alınması, müasir ailənin problemlərinin həlli yollarının axtarılmasıdır.

Keçidlər