Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti görüşü keçirilib

10 fevral 2025 | 12:16

Neftçala rayonunda qeyri-rəsmi məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-rəsmi məşğulluq istiqamətində, habelə qeydiyyatlı məşğulluğun üstünlükləri barədə geniş əhali arasında maarifləndirmə işlərinin aparılması və qeydiyyatdan yayınma hallarının daha çox rast gəlinən iqtisadiyyat sahələrində fəaliyyət göstərən subyektlərdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə təbliğat və təşviqat kampaniyalarının təşkil edilməsi məsələləri müzakirə edilib. Bu məqsədlə, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin 2025-ci il fevralın 6-da, Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialı ilə birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində, müəssisə və təşkilatlarda işəgötürənlərin nümayəndələrinin iştirakı ilə “İşəgötürənlərə dəstək istiqamətli xidmətlərin təqdimatı” mövzusunda dəyirmi masa keçirilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialının müdir müavini Vüsal Əhmədov mövzu haqqında ətraflı məlumat veriblər. Dəyirmi masa ətrafında peşə hazırlığı, əməkhaqqının maliyyələşdirilməsi, əmək münasibətləri və məşğulluğa dair qanunvericilikdə olan vacib məsələlər müzakirə edilib. Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialının məsul şəxsləri işəgötürənlərə məlumat verərək, bəzi məqamlara aydınlıq gətiriblər.
Görüşdə təkliflər dinlənilib və çıxış edənlər mövzunun aktuallığı barədə bir sıra vacib məsələləri diqqətə çatdırıblar.

Keçidlər