“Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” və “Məktəbyaşlı uşaqların icbari təhsilə cəlb olunması” mövzularında dəyirmi masa keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən Neftçala rayonu Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” və “Məktəbyaşlı uşaqların icbari təhsilə cəlb olunması” mövzularında dəyirmi masa təşkil edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan qurumların nümayəndələri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məruzə ətrafında çıxış edənlər yeni dərs ilin başlanması ərəfəsində şagirdlərin davamlı təhsilə cəlb edilmələri, eləcə də məktəb yaşlı uşaqların icbari təhsilə cəlb edilmələrinin vacibliyi barədə məlumatlar veriblər. Çıxışçılar uşaqların təhsildən yayınmasına təsir edən əsas amillərin aradan qaldırılması istiqamətində, həm qanunvericilik, həm də inzibati sahədə tədbirlərin görülməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar. Görüşdə həmçinin ailənin sosial statusundan asılı olmayaraq bütün məktəbyaşlı uşaqların icbari təhsilə cəlb edilməsinin hazırda bu istiqamətdə həyata keçirilən Dövlət siyasətinin əsas prioritet sahələrindən biri olduğu diqqətə çatdırılıb. Həssas məsələ ilə bağlı məktəblə yanaşı ərazidə fəaliyyət göstərən aidiyyəti qurumların, eləcə də icitimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyətinin vacib olduğu görüş iştirakçılarının nəzərinə çatdırılıb. Dəyirmi masa iştirakçılarını mövzu ilə bağlı maraqlandırılan digər suallar da cavablandırılıb. Tədbir maraqlı fikir mübadiləsi ilə davam edib.







