Məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə Neftçala rayonu ərazisində sorğu keçirildi
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası istiqamətində Neftçala rayonunda da məqsədyönlü işlər həyata keçirilir.
Milli Fəaliyyət Planının 12.2.2 bəndinin icrasını təmin etmək üçün “Gender Zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq və əlaqələndirmə Komissiyasının” təşkilatçılığı və könüllü gənclərin iştirakı ilə məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə rayon əhalisi arasında müxtəlif yaş qrupları ilə sorğu həyata keçirildi. Sorğuların keçirilməsində məqsəd rayonun hansı istiqamətlərində daha çox məəişət zorakılığı hallarının baş verdiyni araşdırmaq, ailə daxilində gizlin gedən və dəstək qruplarına çox geç gəlib çatan ailədaxili zorakılıq hallarını vaxtında aşkarlayaraq lazimi hüquqi və psixoloji xidmətləri göstərməkdən ibarətdir.