"Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında hazırlanmış tədbirlər Planına uyğun olaraq, Neftçala Rayon İcra Hakimiyyəti, başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq və əlaqələndirmə qrupu tərəfindən rayon Polis şöbəsinin əmakdaşının, monitorinq qrupunun üzvlərinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin və rayon sakinlərinin iştirakı ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məişət zorakılığdan əziyyət çəkmiş şəxslərin müraciət edəcəkləri orqanlar, qaynar xəttlər və dəstək xəttləri baradə, həmçinin zorakılıqla qarşılaşdıqları təqdirdə edə biləcəkləri davranışlar bardə məlumat verildi. Tədbirdə məişət zorakılığının ailələr və cəmiyyət üçün çox həssas bir məqam olduğunu nəzəra alaraq zərərçəkmişlərin təhlükəsizliyinin qorunması məqsədi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində məsul olan qrumlara tapşırıqlar verildi və məişət zorakılığının qurbanlarının həyatı təhlükəsini nəzərə alaraq onların müraciətlərinə operativ şəkildə və konfidensiallığ gözlənilərək yanaşılması diqqətə çatdırıldı. Tədbir yaranan sualların cavablandırılması ilə davam etdirildi və sonda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanıldı.