Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq yolverilməzdir!” adlı maarifləndirmə görüşü keçirilib

12 aprel 2023 | 16:31
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq Faruq Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbdə “Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq yolverilməzdir!” adlı maarifləndirmə görüşü keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xıllı qəsəbə İƏD üzrə nümayəndəlisi, Xıllı Bələdiyyəsinin sədri, ərazidə yerləşən məktəblərin rəhbərləri, psixoloqlar, səhiyyə əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən məişət zorakılığı, erkən nikah, uşaqlara qarşı müxtəlif zorakılıqlara qarşı rayonun kənd və qəsəbələrində, təhsil müəssisələrində həyata keçirilən tədbirlər, məişət zorakılığının səbəbləri, məişət zorakılığının qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurmağı, ailədə böyüyüb boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına, zorakılığın şahidi olan körpələrin sağlamlığı ilə yanaşı, davranışına, emosional vəziyyətinə göstərdiyi mənfi təsirlər haqqında geniş məlumat veriblər.
Görüş qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər