“Məişət zorakılığı və gendər əsaslı zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib
13 iyul 2022 | 10:34
06 iyul 2022-ci il tarixində Mirqurbanlı kənd tam orta məktəbində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə “Məişət zorakılığı və gendər əsaslı zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib.Tədbirdə Mirqurbanlı yaşayış massivinin sakinləri, ictimaiyyət nümayəndələri, həmçinin, məişət zorakılığından əziyyət çəkən problemli ailələr iştirak ediblər.
Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının katibi tədbiri giriş sözü ilə açaraq gendər əsaslı və uşaqlara qarşı olan zorakılığın bütün dünyada aktual bir problem olduğunu, dünya miqyasında hökümətlərin, vətəndaş cəmiyyətlərinin və digər maraqlı tərəflərin bu fenomenlə fasiləsiz mübarizə apardığını qeyd etmişdir.
Daha sonra Neftçala Qadın Resurs mərkəzinin kordinatoru təqdimatla çıxış edərək mövzu ətrafında ətraflı məlumat vermişdir. O, “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası” tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin əsasən gendər əsaslı və məişət zorakılığının sıx müşahidə olunduğu yaşayış yerlərində, kənd və qəsəbələrdə keçirildiyini və bunun da əsas məqsədinin ictimaiyyət arasında kooperativ sosial məsuliyyət hislərinin daha geniş auditoriyaya aşılanması olduğunu bildirmişdir.
Çıxış edənlər tərəfindən dinləyicilərə məişət zorakılığının növləri və onunla mübarizə aparmaq yolları, qanunvericiliklə tənzimlənən hal və davranışlar izah olunmuşdur. Daha sonra bir qrup qadın sakinlə maraqlı diskussiya çərçivəsində foks qrup görüşü keçirilmiş, məsələyə maraq göstərən qadınlar mövzu ilə əlaqəli problemlərini qarışılaşdıraraq öz münasibət və təkliflərini bildirmişdirlər.
Sonda dinləyicilərə zorakılığın hər hansı bir növü ilə qarşılaşdıqları təqdirdə müraciət edə biləcəkləri orqanlarla bağlı məlumatlar və əlaqə nömrələri təqdim olunmuşdur.