Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı və gendər əsaslı zorakılıq nədir və onunla necə mübarizə aparmaq olar mövzusunda maarifləndirici tədbir keçirilib

23 may 2022 | 15:04
Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə məişət zorakılığı və gendər əsaslı zorakılıq nədir və onunla necə mübarizə aparmaq olar mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala RİH-nin, Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan regional bölgəsinin, Gündoğar qəzetinin, Rayon Ağsaqqallar şurasının məsul şəxsləri, müəllimlər və məktəblilər iştirak edib.
Çıxış edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılan gender problemi olduğunu, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda göstərdiyinin müşahidə olunduğunu diqqətə çatdırıblar. Dinləyicilərə məişət zorakılığı ilə qarşılaşdıqları təqdirdə müraciət edə biləcəkləri orqanlarla bağlı məlumat verildi.
Görüş qarşılıqlı müzakirələr və qəsəbə ərazisindən dəvət olunan nümunəvi ailələrin uşaqlara ailə möhkəmliyinin əhəmiyyətindən danışaraq ailələrin sağlam inkişafı üçün faydalı tövsiyələr verdilər.
Keçidlər