“Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq!” adlı tədbir keçirilib
09 avqust 2022 | 09:15
9 avqust 2022-ci il tarixində Boyat kənd tam orta məktəbində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə “Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək və onunla birgə mübarizə aparaq!” adlı tədbir keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın, Neftçala Gənclər və İdman İdarəsinin, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əməkdaşları çıxış ediblər. Çıxış edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırıblar. Dinləyicilərə məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2010-cu il tarixli qanunu barədə də məlumat verilib. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Dinləyicilərə məişət zorakılığı ilə qarşılaşdıqları təqdirdə müraciət edə biləcəkləri orqanlarla bağlı məlumat da verilib. Tədbirdən sonra kənd sakinləri ilə onların qarşılaşdığı problem və çətinliklər baradə söhbətlər aparılıb, onların təklif və istəkləri dinlənilib.
Daha sonra Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın katibi və digər komissiya üzlərinin iştirakı ilə ailədaxili məişət problemləri zəminində boşanmaq həddinə gəlmiş və 2022-ci il 31 may tarixində ərizə ilə komissiyaya müraciət edən vətandaşın evinə səfər olunub. Vətəndaş onun müraciətinə vaxtında və adekvat reaksiya verildiyi, həmçinin, ailəsinin xoşbəxt şəkildə həyatına davam etməsində onlara kömək etdikləri üçün Neftçala rayon İcra Hakimiyyətinin rəhbərliyinə və komissiyaya öz dərin təşəkkürlərini bildirib.