Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək!” başlıqlı mövzuda görüş keçirilib

24 sentyabr 2022 | 08:52
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə Yeniqşlaq kənd klubunda “Məişət zorakılığı və gendər əsaslı zorakılığa yox deyək!” başlıqlı mövzuda görüş keçirilib. Tədbirə başlamazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və onların əziz xatirəsi anıldı.
Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin İctimai siyasi-humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Monitorinq komissiyasının katibi giriş fikri ilə tədbiri açaraq bildirmişdir ki, statistika və sorğular dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqların hələ də davam etdiyini göstərir. Məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs etmişdir. Həmçinin tədbirdə qonaq qismində Sosial Xidmətlər Agetliyinin Şirvan – Salyan regional filialının aparıcı mütəxəssisi Dadaşlı Əlyar Sosial Xidmətlər Agentliyinin Həssas qruplardan olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya mərkəzində məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin yaradıldığını eyni zamanda, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçirilməsi üçün müvafiq işlərin görüldüyünü qeyd etmişdir. Çıxışlarda məişət zorakılığı ilə bağlı əhalinin mütəmadi maarifləndirilməsinin zəruriliyinə diqqət çəkilib. Qeyd olunub ki, məişət zorakılığı ilə mübarizəyə dair maarifləndirmə işinin gücləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlığın artırılmasına xüsusi önəm verilməlidir.
Daha sonar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın katibi və digər komissiya üzlərinin iştirakı ilə ailədaxili məişət problemləri zəmnində ayrılmaq həddinə gəlmiş üç övladı ilə çarəsiz vəziyyətdə qalaraq 2021-ci ilin fevral ayında ərizə ilə komissiyaya müraciət edən vətandaşın evinə səfər edərək hazırkı vəziyyətlə maraqlanıldı. Ailə onların müraciətlərinə vaxtında və adekvat reaksya verərək yenidən ailə səadətinə qovuşduqları, həmçinin ailədaxili məişət problemləri nəticəsində övladlarının sənəd və təhsilində yaranan problemləri vaxtında həll etdiyi və onlarla mütamadi olaraq maraqlandıqları üçün rayon rəhbərliyinə və komissiyaya öz təşəkkürlərini bildirmişdir.
Keçidlər