Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı ilə mübarizə istiqamətində maarifləndirici tədbir keçirilib

23 fevral 2026 | 17:34

          Neftçala Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin dəstəyi ilə Neftçala rayon Mərkəzi Kitabxanasında “Məişət zorakılığının yayılma səviyyəsi və onu törədən səbəblər” mövzusunda maarifləndirici tədbir keçirilib. 

        Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Neftçala‑Gündoğar qəzetinin redaktoru, Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi və bəzi əməkdaşları, eləcə də gənclər iştirak ediblər.

      Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Çıxış edənlər məişət zorakılığının cəmiyyət üçün yaratdığı sosial və psixoloji fəsadlardan bəhs edərək, bu halların qarşısının alınmasında erkən maarifləndirmənin gücləndirilməsinin, ailədaxili münasibətlərin sağlamlaşdırılmasının, hüquqi biliklərin artırılmasının və aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyini vurğulayıblar. Qeyd olunub ki, zorakılıq hallarının vaxtında müəyyənləşdirilməsi, zərərçəkənlərin müdafiəsinin təşkili və ictimai qınağın gücləndirilməsi bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.

      Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı müzakirələrlə davam edib. Sonda mövzu ilə əlaqədar hazırlanmış maarifləndirici bukletlər iştirakçılara təqdim olunub.

 

Keçidlər